“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat və dama yarışı keçirildi

05/03/2026, 16:35
xeber1

242 №-li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Nizami rayonunda yerləşən ümumi təhsil müəssisələrinin təhsil işçiləri arasında şahmat və dama üzrə rayon yarışı təşkil olunmuşdur.

Yarışı ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, yarışın əsas məqsədi Ümummilli liderin zəngin dövlətçilik irsinin təbliği, təhsil işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və intellektual idman növlərinə marağın artırılmasıdır.

Təhsil işçilərinin fəal iştirakı ilə keçirilən yarış yüksək təşkilatçılıq səviyyəsində, sağlam rəqabət və qarşılıqlı hörmət şəraitində baş tutmuşdur. İştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparmışlar.

Yarışın nəticələri

Şahmat (kişilər):

I yer – 242 nömrəli tam orta məktəb – Əliyev Elçin Novruz

II yer – 129 nömrəli tam orta məktəb – Əmiraslanov Fuad Şahvələd

III yer – 145 nömrəli tam orta məktəb – Hacıyev Ruslan Zibeyir

Şahmat (qadınlar):

I yer – 61 nömrəli tam orta məktəb – Muradova Gülay Ulduzxan

II yer – 238 nömrəli tam orta məktəb – Quliyeva Şəlalə Sabir

III yer – 229 nömrəli tam orta məktəb – Məmmədova Nərgiz Abbas

Dama (kişilər):

I yer – Kimya-Biologiya Təmayüllü Lisey – İbrahimov Əlyar Məmməd oğlu

II yer – 201 nömrəli tam orta məktəb – Vəliyev Namizəd Hacıəhməd

III yer – 210 nömrəli tam orta məktəb – Sultanov Pərviz Daşdəmir

Dama (qadınlar):

I yer – 129 nömrəli tam orta məktəb – Əliyeva Elduzə Camal

II yer – 238 nömrəli tam orta məktəb – Fərəcli Narxanım Mahir

III yer – 109 nömrəli tam orta məktəb – Axundova Hicran Aprel

Tədbir Ümummilli liderin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, təhsil işçiləri arasında birlik və idman ruhunun daha da möhkəmlənməsinə xidmət etmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: