“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı uğurla başa çatmışdır.

03/04/2026, 16:32
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublikanın ümumi təhsil müəssisələrinin işçiləri arasında şahmat yarışı yüksək səviyyədə təşkil olunmuş və uğurla başa çatmışdır. Yarışın keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında intellektual oyunlara marağın artırılması, asudə vaxtın səmərəli təşkili və kollektivlərarası əlaqələrin möhkəmləndirilməsi olmuşdur.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirmiş, qaliblər isə oyun boyunca göstərdikləri yüksək nəticələrlə fərqlənmişlər. Münsiflər heyəti tərəfindən qiymətləndirilən nəticələrə əsasən ən güclü iştirakçılar müəyyən olunmuşdur.

Yarışın yekununda I, II və III yerlərin qalibləri fəxri fərman və pul mükafatı ilə təltif olunmuş, yarışın gedişinə nəzarət edən hakimlər də pul mükafatı ilə mükafatlandırılmış, digər iştirakçılara isə təşəkkürlər bildirilmişdir. Tədbirin sonunda belə yarışların mütəmadi keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: