“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarışların qalibləri mükafatlandırıldı

07/07/2026, 12:31
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən idman yarışlarında basketbol üzrə I yerə layiq görülmüş ETİHİ Nizami Rayon Komitəsinin qadınlardan ibarət komandası mükafatlandırılmışdır.

Tədbirdə ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov komanda üzvlərini qazandıqları uğur münasibətilə təbrik edərək, onların əldə etdikləri nailiyyətin təhsil işçiləri arasında idmanın inkişafına, sağlam həyat tərzinin təbliğinə və kollektiv həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd etmişdir.

Sonda yarışın qaliblərinə kuboklar təqdim olunmuş, onlara gələcək yarışlarda yeni uğurlar arzulanmışdır. ETİHİ Nizami Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin idman sahəsində fəallığının artırılması və onların asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlərin davam etdirilməsini diqqətdə saxlayacağını vurğulamışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: