“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

HEYDƏR ƏLİYEVİN 103 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ.

06/05/2026, 12:00
xeber1

Hacıqabul rayonu üzrə Təhsil Sektoru və ETİHİ Hacıqabul Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Natiq Ağayev adına şəhər 4 nömrəli tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbirdə İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, YAP Hacıqabul rayon Təşkilatının sədri, Rayon  Mədəniyyət Evinin rəisi , şəhər Uşaq Musiqi Məktəbinin direktoru və sənət adamları , məktəbin pedaqoji və şagird kollektivi iştirak edirdi.Öncə tədbir iştirakçıları məktəbin həyətində təşkil olunmuş Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə bağlı kitab və ”Çiçəklənən Azərbaycan” rəsm

sərgilərinə baxış keçirdilər.Tədbir Azərbaycan Respublikasının himni ilə başladı.Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbir boyu şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndi.Şəhər Uşaq Musiqi Məktəbinin müəllimləri ifasında səslənən bəstələr tədbirə xüsusi rəngarəng qatdı.

Sonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiyasının təşkil olunmasında , eləcə də məktəbin ictimai həyatında fəallıq göstərdiyinə görə məktəbin tarix və təsviri incəsənət müəllimləri, kitabxanaçı və UBTR-i Təhsil Sektoru  və ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən Təşəkkürnamə ilə təltif olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: