“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

HİK üzvlərinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzindədir

07/07/2026, 10:08
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitetdə çalışan bir qrup xadimə üçün Şamaxı rayonuna istirahət-gəzinti təşkil olunub.

  Səfərin məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və zəhmətlərinə göstərilən diqqət və qayğının ifadəsi olub.

 Gəzinti iştirakçılarda xoş təəssüratlar yaradıb, onlara yeni enerji və yüksək əhval-ruhiyyə bəxş edib. Həmkarlar İttifaqı Komitəsi bundan sonra da əməkdaşların sosial rifahına və asudə vaxtının səmərəli təşkilinə yönəlmiş layihələri davam etdirəcək.

Əməyi ilə universitetimizin gündəlik fəaliyyətinə dəyər qatan bütün xadimələrimizə təşəkkür edir, onlara möhkəm cansağlığı, ailə səadəti və işlərində uğurlar arzulayırıq. 


Sosial şəbəkələrdə paylaş: