“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Hökməli qəsəbə tam orta məktəbinin kollektivi İsmayıllıda

07/07/2026, 12:35
xeber1

Hökməli qəsəbə tam orta məktəbi kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.


İsmayıllının təbii gözəllikləri və füsunkar mənzərələri ilə zəngin olan bu səfər iştirakçılarda xoş təəssüratlar yaradıb. Kollektiv üzvləri bölgənin gözoxşayan guşələrini gəzərək həm istirahət edib, həm də birlikdə səmərəli vaxt keçiriblər.


Ekskursiya əməkdaşlar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, kollektiv ruhunun güclənməsinə və işgüzar ünsiyyətin inkişafına müsbət təsir göstərib. İştirakçılar onlar üçün təşkil olunan bu yaddaqalan səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə səmimi təşəkkürlərini bildirərək, belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Sosial şəbəkələrdə paylaş: