“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

I rübün yekunu – uğurlar və perspektivlər

30/12/2025, 11:02
xeber1

Göyçay şəhəri Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 2024–2025-ci tədris ilinin I rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirildi.


İclas məktəbin direktoru Elşad Əliyev tərəfindən aparıldı. Çıxışı zamanı direktor rüb ərzində tədris prosesində əldə olunan nailiyyətlər, müəllimlərin fədakar əməyi, şagirdlərin nəticələri və qarşıda duran prioritet vəzifələr barədə ətraflı məlumat verdi. Təhsilin keyfiyyətinin yüksəldilməsində müəllim əməyinin əvəzsiz rol oynadığını xüsusi vurğuladı.


Məktəbin ilk həmkarlar ittifaqı sədri Firəngiz Məmmədyarovanın təşəbbüsü və fəallığı nəticəsində rüb ərzində dərs və məktəbdaxili tədbirlərdə aktiv iştirak edən, öz məsuliyyəti və nümunəvi fəaliyyəti ilə seçilən həmkarlara təşəkkür edildi. Onların əməyinə Göyçay Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən yüksək qiymət verildi və müəllimlər rəğbətləndirildi.


İclas zamanı müəllimlər arasında əməkdaşlığın gücləndirilməsinin, həmkarlar ittifaqının dəstəyinin və sağlam iş mühitinin təhsilin inkişafına müsbət təsir göstərdiyi xüsusi qeyd olundu.

Müəllim əməyinə verilən dəyər, göstərilən diqqət və qayğı pedaqoji kollektivdə motivasiyanı artırır, təhsildə davamlı uğurlara yol açır. Fəal və fərqlənən müəllimlərimizi təbrik edir, onların gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə etmələrini arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: