Xəbərlər
İdman yarışlarında iştirak edən üzvlərinin Qusar rayonunda istirahətinin təşkili
10/05/2025, 12:38

ATİAHİ Suraxanı Rayon Komitəsi, Bakı şəhər rayonları arasında keçirilən idman yarışlarında iştirak edən üzvlərinin Qusar rayonunda istirahətini təşkil edib.
Səfər çərçivəsində iştirakçılar Qusar rayonunda yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzi ziyarət edib, dahi liderin xatirəsini ehtiramla yad edib.
Tədbir həm istirahət, həm də maarifləndirici məqsəd daşıyaraq iştirakçılarda vətənpərvərlik və birlik ruhunun daha da güclənməsinə xidmət edib.




