“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Respublika Komitəsinin növbəti görüşü

12/11/2025, 20:45
xeber1

Bugün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qazax–Tovuz regionunda fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı sədrləri ilə növbəti görüşümüzü keçirdik.

Görüş Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutdu. Tədbirdə #Ağstafa, #Gədəbəy, #Qazax, #Şəmkir və #Tovuz rayon komitələrinin nümayəndələri, həmçinin 472 ilk təşkilat sədri iştirak etdi.

Görüşdən öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və ETİHİ nümayəndələri ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad etdik.

Müzakirələr zamanı sosial müdafiə, əmək münasibətləri, maarifləndirmə və üzv təşkilatlarla birbaşa dialoqun gücləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq.

Bu kimi görüşlərimiz davam edir və mərhələli şəkildə bütün respublika üzrə həyata keçiriləcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: