Xəbərlər
İlk təşkilat sədrləri ilə görüş keçirildi.

08 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Işçiləri Həmkarlar Komitəsinin Ağstafa rayon Komitəsinin sədri Elvira Əfəndiyevanın rəhbərliyi ilə Ilk təşkilat sədrləri ilə görüş keçirildi.
Ilk öncə Ikinci Qarabağ Müharibəsinin ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılaraq ön cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Ağstafa şəhəri 1 nömrəli tam orta məкtəbin direкtoru vəzifəsində çalışmış İmaməliyev Elvin Elsevər oğlunun abidəsi ziyarət olundu,
Daha sonra 1 nömrəli tam orta məktəbin akt zalında təşkilat sədrləri ilə Həmkarlar Komitəsinin yeni tədris ilində qarşıda duran məsələləri müzakirə olundu ,tövsiyələr verildi. ATİAHİ RK-nın sədri cənab Araz Pashayev in
tapşırıqlarına uyğun müasir tələblərə, inovasiyalara açıq olmaları qeyd olundu.








