“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk təşkilat sədrləri ilə görüş

22/10/2025, 11:07
xeber1

📌 Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsi olaraq rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ilk təşkilat sədrləri ilə yeni tədris ilində görüləcək işlər və fəaliyyət planının müzakirəsi məqsədilə görüş keçirildi.


Görüş səhər yeməyi süfrəsi ətrafında təşkil olundu. Tədbiri Komitə sədri Salman Salmanov açaraq giriş nitqi ilə çıxış etdi:


“Əziz həmkarlar, yeni tədris ilinin astanasında siz – məktəblərdəki ilk təşkilat sədrləri ilə bir araya gəlmək mənim üçün böyük qürurdur. Bizim əsas məqsədimiz müəllimlərimizin hüquqlarını qorumaq, onların əməyinə dəyər vermək və təhsil sahəsində birliyi daha da gücləndirməkdir.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Komitəsi hər zaman sizin yanınızdadır. Biz birlikdə güclüyük, birlikdə daha böyük nailiyyətlərə imza atacağıq. Qarşıda bizi həm çətinliklər, həm də uğurlar gözləyir. Əminəm ki, sizlərin fəallığı və sadiqliyi ilə yeni tədris ili həmkarlarımız, məktəblərimiz və bütövlükdə Qaradağ təhsili üçün daha uğurlu olacaq.”


Daha sonra məktəb sədrləri çıxış edərək ETİHİ Qaradağ Komitəsinin daim onların yanında olduğunu, problemlərin həllində dəstək göstərildiyini vurğuladılar və təşəkkürlərini bildirdilər. Görüş zamanı təhsil müəssisələrində qarşıya çıxan bir sıra məsələlər müzakirə olunaraq həll yolları müəyyənləşdirildi.


Sonda xatirə şəkilləri çəkildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: