“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk təşkilat sədrləri ilə növbəti görüş keçirildi

27/10/2025, 18:05
xeber1


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən ilk təşkilat sədrləri ilə növbəti görüş keçirilib. Tədbir Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Görüşü giriş sözü ilə açan Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva iştirakçıları salamlayaraq həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri, əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O, həmkarlar ittifaqlarının təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının müdafiəsi, üzvlərin maraqlarının qorunması və həmrəylik mühitinin gücləndirilməsi istiqamətində mühüm rol oynadığını qeyd edib.

Eyni zamanda, Elvira Əfəndiyeva çıxışı zamanı ilk təşkilat sədrlərinin üzərinə düşən məsuliyyət və vəzifələrdən danışaraq, təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması üçün qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin vacibliyini vurğulayıb.

Görüşdə həmkarlar ittifaqının strukturunda aparılan yeniliklər, fəaliyyət planı, üzvlərlə işin təşkili, sosial layihələrin həyata keçirilməsi və təhsil işçilərinin hüquqi maarifləndirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Məktəb direкtoru Mubariz Tanriverdiyev - ə yaradılan şəraitə görə təşəkkür edirik.

#AHİK

#ETIHI

#ETIHIAGSTAFARAYONKOMITƏSI

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: