Xəbərlər
İlk təşkilatın yaradılması
17/10/2025, 18:02

16.10.2025-ci il tarixdə ETİHİ Sabunçu rayon komitəsinin əməkdaşları BŞT-nin tabeliyinə yeni verilmiş, 338 nömrəli tam orta məktəbdə oldular. İlk öncə məktəbin direktoru Fərid Ağalıyev əməkdaşları kollektivə təqdim etdi.
Məktəbdə ilk həmlarlar təşkilatının yaratmaq üçün pedaqoji və texniki heyyətin üzvləri ilə görüşdülər. Rayon komitəsinin sədri A.Məmmədov həmkarlar təşkilatınin fəaliyyəti haqqında geniş məlumat verərək, təşkilatın xidmətindən söz açdı və ilk təşkilatın nə demək olduğunu izah etdi. Daha sonra ilk təşkilatın yaradılması üçün yeni tərkibin və təftiş komissiyası üzvlərinin seçkisi keçirildi. Yekunda iştirakçıların çoxsaylı sualları cavablandırıldı.



