Xəbərlər
IOSH Managing Safely təlimi
30/04/2026, 14:28

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin əməkdaşı Tahirli Nigar beynəlxalq səviyyədə tanınan IOSH Managing Safely təlim proqramını uğurla başa vuraraq beynəlxalq sertifikata layiq görülmüşdür.
Qeyd edək ki, bu proqram Əməyin Mühafizəsi və Sağlamlıq üzrə Beynəlxalq Təşkilat (IOSH) tərəfindən təsdiqlənmiş və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Əməkdaşımızın beynəlxalq səviyyədə əldə etdiyi bu nailiyyət onun peşəkar inkişafının bariz nümunəsi olmaqla yanaşı, kollektivimizin ümumi uğurlarına da mühüm töhfədir.
Tahirli Nigarı ürəkdən təbrik edir, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!



