“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ittifaq üzvləri ilə görüş

22/04/2026, 14:41
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin təşkilatlarından olan Ağstafa şəhər 3 nömrəli körpələr evi–uşaq bağçasında kollektivlə görüş keçirildi. Keçirilən səmərəli görüş zamanı kollektivi maraqlandıran suallar, irad və təkliflər dinlənildi, onlara sanatoriya və kurort xidmətləri barədə ətraflı və düzgün məlumat verildi. Eyni zamanda həmkarların sanatoriyalardan istifadə qaydaları izah olundu və onları maraqlandıran bütün suallar dolğun şəkildə cavablandırıldı. Kollektivlə keçirilən görüş həm həmkarlar komitəsi, həm də əməkdaşlar tərəfindən məmnunluqla qarşılandı. Qeyd olundu ki, son dövrlərdə həmkarlar ittifaqlarının fəaliyyətində müsbətə doğru ciddi irəliləyişlər müşahidə olunur. Bu inkişaf təkcə sözlə deyil, görülən real işlərlə də özünü göstərir. Kollektiv bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nın sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nin sədri cənab Araz Pashayev ə öz dərin təşəkkürünü bildirdi.

Sosial şəbəkələrdə paylaş: