“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İttifaq üzvləri ilə görüş keçirilib.

29/10/2025, 01:23
xeber1

ETİHİ Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva Qax rayon Almalı kənd tam orta məktəbin kollektivi ilə görüş keçirib.

Tədbirin məqsədi Həmkarlar ittifaqı üzvləri ilə birbaşa ünsiyyəti gücləndirmək, onların təklif və problemlərini yerində öyrənmək, həmçinin ittifaqın fəaliyyəti və prioritet istiqamətləri barədə ətraflı məlumat vermək olub.

Görüş zamanı Həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək qanunvericiliyinin tələblərinə əməl olunması və təhsil işçilərinin hüquqlarının qorunması məsələləri müzakirə edilib.

Sədr Rübail Əfəndiyeva çıxışı zamanı bildirib ki, Həmkarlar ittifaqının əsas vəzifəsi üzvlərin sosial müdafiəsini təmin etmək, onların hüquq və maraqlarını qorumaq, həmçinin iş şəraitinin yaxşılaşdırılması üçün müvafiq təşəbbüslərlə çıxış etməkdir. O, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb, bu istiqamətdə həmkarlar ittifaqı tərəfindən son illərdə həyata keçirilən sosial layihələr, maarifləndirici tədbirlər, təlim proqramları, eləcə də üzvlərə göstərilən maddi dəstək mexanizmləri barədə geniş məlumat verib.

Görüşdə təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, sağlam və təhlükəsiz iş mühitinin yaradılması, gənc müəllimlərin peşəkar inkişafı və onların həmkarlar ittifaqı fəaliyyətinə cəlb edilməsi kimi məsələlər də diqqət mərkəzində olub. Məktəb kollektivi öz növbəsində görülən işlərə dair təşəkkürünü bildirib, təklif və fikirlərini səsləndirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: