Xəbərlər
İttifaqı üzvləri ilə görüş .

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin sədri Elvira Əfəndiyeva üzv təşkilatlarımızdan olan Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbin və İbrahim Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbin həmkarlar ittifaqı üzvləri ilə görüş keçirdi.
Görüş zamanı həmkar üzvlərin sualları cavablandırıldı, onların təklif və fikirləri dinlənildi.
Qeyd olundu ki, hər bir həmkar üzv Komitənin diqqət mərkəzindədir.
Tədbirdə vurğulandı ki, ölkəmizin beynəlxalq arenada artan nüfuzu və həyata keçirilən islahatlar həyatın bütün sahələrinə, o cümlədən sosial rifahımıza da müsbət təsir göstərir.
Sonda ölkə Prezidenti cənab İlham Əliyevə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ifadə olundu.
Qeyd edildi ki, Elm və Təhsil Işçiləri Respublika Komitəsinin yenilikləri və görülən işlər təqdirə layiqdir.







