“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kafedra müdirinin 50 illik yubileyi qeyd olunub.

27/04/2026, 14:47
xeber1

Universitetitn Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, hörmətli Şöhrət Nüsrət qızı Məmmədovanın  50 illik yubileyi münasibəti ilə tədbir keçirildi.

     Tədbirdə çıxış edənlər yubilyarın elm və təhsil sahəsindəki səmərəli fəaliyyətindən, kollektiv arasında qazandığı nüfuzdan və rəhbərlik etdiyi kafedranın inkişafına verdiyi töhfələrdən bəhs ediblər.

       Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev qeyd edib ki, Şöhrət xanım uzun illər ərzində peşəkarlığı, məsuliyyəti və yüksək təşkilatçılıq bacarığı ilə seçilərək həm həmkarlarının, həm də tələbələrin dərin hörmətini qazanıb.Yubilyar universitet rəhbərliyi, kollektiv və HİK-si tərəfindən təbrik edilib, ona xoş arzular çatdırılıb, Fəxri Fərmanla  və gül dəstəsi təqdim edilib.

      Sonda Şöhrət xanıma gələcək fəaliyyətində yeni-yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nəaliyyətlər arzulayırıblar. 


Gallery Image

Sosial şəbəkələrdə paylaş: