“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kakalos kənd körpələr evi–uşaq bağçasında tərbiyəçi müəllimin yubiley tədbiri keçirildi

16/02/2026, 11:59
xeber1

Astara rayonu Kakalos kənd körpələr evi–uşaq bağçasının sevilən tərbiyəçi müəllimi Babayeva Aidə Cabbar qızının 65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir keçirilmişdir.


Tədbirdə Aidə müəllimin uzunillik səmərəli pedaqoji fəaliyyəti, körpələrin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında göstərdiyi əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır. Çıxış edənlər onun müəllim adına şərəf gətirən fəaliyyəti, zəhmətkeşliyi və insanpərvərliyi haqqında dəyərli fikirlər səsləndirmişlər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsi tərəfindən Aidə müəllim Fəxri Fərman və dəyərli hədiyyələrlə təltif olunmuşdur.

Hörmətli Aidə müəllimə möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: