Xəbərlər
Kakalos kənd tam orta məktəbinin müəllimi, eyni zamanda məktəbin ilk həmkarlar təşkilatının sədri Cəfərov Namiq Tərlan oğluna minnətdarlıq ziyarəti təşkil edildi.

Astara rayonu Cəfər Cabbarlı adına Kakalos kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, məktəbin ilk həmkarlar təşkilatının sədri Cəfərov Namiq Tərlan oğlunu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və məktəb direktoru Şölə Əhmədova ilə birlikdə ziyarət etdik.
Uzun illər məktəbdə şərəflə və böyük fədakarlıqla çalışmış, ömrünü şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş Namiq müəllim səhhəti ilə əlaqədar əmək fəaliyyətini müvəqqəti dayandırsa da, onun yetişdirdiyi yüzlərlə şagird bu gün cəmiyyətimizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir.
Namiq müəllimə möhkəm cansağlığı, səbir və tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Müəllim adı hər zaman uca, müəllim əməyinə hörmət isə daimidir.




