Xəbərlər
“Karyerada dəyişməyən qaydalar” mövzusunda təlim keçirilib
24/04/2026, 01:20

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) gənclərin karyera inkişafına dəstək məqsədilə növbəti maarifləndirici layihə həyata keçirilib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Business Klub”un təşkilatçılığı ilə “Karyerada dəyişməyən qaydalar” mövzusunda təlim baş tutub. Təlimi karyera üzrə təlimçi Ziya Rəcəbli aparıb.
Tədbir zamanı iştirakçılara uğurlu karyera quruculuğunun əsas prinsipləri geniş şəkildə izah olunub. Xüsusilə davamlı inkişaf, məsuliyyətli yanaşma, düzgün qərarvermə bacarığı və peşəkarlığın vacibliyi vurğulanıb.





