Xəbərlər
Keçmişdən gələcəyə uzanan yol: 232 nömrəli məktəbin 70 illik yubiley mərasimi keçirilib

Suraxanı rayon Şəhid Dilavər Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı rayonunun dövlət orqanlarının nümayəndələri, eləcə də ETİHİ Suraxanı Rayon Komitəsinin sədri Fərhad Həsənov və komitənin əməkdaşları Səkinə Seyidova və Zəhra Əhmədzadə iştirak ediblər.
Yubiley Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və müəllim-şagird heyətinin maraqlı çıxışları ilə davam etdirilib.
Tədbirdə uzun illər səmərəli fəaliyyətlərinə görə və məktəbin 70 illik yubileyi münasibətilə bir qrup müəllim ETİHİ Suraxanı Rayon Komitəsi tərəfindən hədiyyə və fəxri fərmanla təltif olunub.
Sonda təltif olunan şəxslər göstərilən diqqət və dəyərləndirməyə görə ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin minnətdarlıqlarını bildiriblər.
















