“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kəlbəcər 128 nömrəli məktəb Ağdam rayon Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi kimi fəaliyyətə başlayır.

14/01/2026, 10:53
xeber1

Kəlbəcər 128 nömrəli tam orta ümumtəhsil məktəbinin Ağdam Rayon Təhsil Sektorunun tabeçiliyinə keçməsi ilə əlaqədar olaraq, bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi olaraq sözügedən məktəbdə olduq.

Görüş zamanı həmkarlar ittifaqı üzvləri ilə geniş müzakirələr aparıldı, məktəbin ilk həmkarlar ittifaqı sədri və komissiya üzvləri seçildi,eləcə də kollektiv müqavilə imzalandı.

Eyni zamanda görüşdə həmkarlar ittifaqının əsas məqsədləri və vəzifələri, üzvlərin hüquqları və təşkilati fəaliyyət istiqamətləri barədə məlumatlar bir daha üzvlərin diqqətinə çatdırıldı.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: