“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kəlbəcər məktəbində təhsil işcisinin 65 illik yubileyi qeyd olunub.

03/02/2026, 16:39
xeber1

Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə həmin məktəbin müəllimi və ilk həmkar sədri Salahov Oqtay Sadıq oğlunun 65-illik yubleyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Zahid Kazımov, Qabil Həsənəliyev və məktəb kollektivi iştirak ediblər. Oqtay müəllim uzun illərdir Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərərək şagirdlərin bilik və tərbiyəsində mühüm rol oynamışdır. O, məsuliyyətli, peşəkar və nümunəvi pedaqoq kimi həm şagirdlərin, həm də pedaqoji kollektivin dərin hörmətini qazanmışdır. Təhsilə verdiyi töhfələr və gənc nəslin formalaşmasında göstərdiyi xidmətlər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbirin sonunda Oqtay müəllim ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Oqtay müəllimi bu əlamətdar gün münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayırıq.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: