Xəbərlər
Kəlbəcər məktəbində təhsil işcisinin 65 illik yubileyi qeyd olunub.

Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbində, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənov Nəbi Xasay oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov, məktəbin direktoru Elçin Nurməmmədov və məktəb kollektivi iştirak ediblər.
Zahid müəllim öz çıxışında Nəbi müəllimin öz peşəsinə daim sədaqətlə xidmət etdiyini, müəllim və şagirdlər üçün nümunə olan bir ziyalı kimi tanındığını vurğulayaraq yubiley münasibətilə ən xoş arzularını çatdırıb. Direktor Elçin müəllim və məktəb kollektivi Nəbi müəllimin təhsil sahəsindəki uzunillik fəaliyyətindən, peşəkarlığından, yüksək insani keyfiyyətlərindən və gənc nəslin yetişdirilməsindəki xidmətlərindən bəhs ediblər. Xatırladaq ki, Nəbi müəllim uzun illər Kəlbəcər rayon 112 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.
Tədbirin sonunda Nəbi müəllim ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Nəbi müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam can, uzun ömür və xoşbəxtlik arzulayırıq.






