Xəbərlər
Kəlbəcər məktəbində təhsil işcisinin 65 illik yubileyi qeyd olunub.

Kəlbəcər rayon 78 nömrəli tam orta ümumtəhsil məktəbində, məktəbin direktoru Orucov Nazim Oruc oğlunun 60 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, komitənin mütəxəssisi Zahid Kazımov, mühasib Mənzər İsmayılova və məktəbin müəllim kollektivi iştirak ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova çıxış edərək Nazim müəllimin təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyətindən, şagirdlərin savadlı və vətənpərvər ruhda formalaşmasında göstərdiyi xidmətlərdən danışaraq onun kollektiv və ictimaiyyət arasında böyük hörmət qazandığını vurğulayaraq yubilyarı təbrik edərək, ona öz xoş arzularını çatdırıb.
Digər çıxış edənlər tərəfindən yubilyarın təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti və pedaqoji əməyi yüksək qiymətləndirilib.
Sonda yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən Nazim Orucova Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.
Nazim müəllimi bu əlamətdar gün münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayırıq.








