Xəbərlər
Kəlbəcər rayon 10 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavinin 60 illik yubileyi qeyd olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi olaraq Kəlbəcər rayon 10 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Zahid Əkbər oğlu Əkbərovun 60 illik yubileyi münasibətilə tədbir keçirmişdir.
Tədbirdə çıxış edənlər Zahid müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, peşəsinə olan məsuliyyətli və vicdanlı münasibətini xüsusi vurğulayaraq yubiley münasibətilə ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulamışlar. Zahid müəllim məktəbdə sağlam mənəvi mühitin formalaşmasına, tədris prosesinin keyfiyyətli təşkili və şagirdlərin maariflənməsi istiqamətində daim fəallıq göstərmiş, öz peşəkarlığı ilə seçilmişdir.
Tədbirin sonunda Zahid müəllim ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuş, xatirə şəkli çəkdirilmişdir. Zahid müəllimə təhsilə verdiyi dəyərli töhfələrə görə dərin təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatında uğurlar arzulayırıq.





