Xəbərlər
Kəlbəcər rayon 101 nömrəli tam orta məktəbin direktoru Mehparə Müslüm qızı Zeynalovanın 60 illiyi qeyd oldundu.

ETİHİ Kəlbəcər Rayon Komitəsi olaraq Kəlbəcər rayon 101 nömrəli tam orta məktəbin direktoru, pedaqoji fəaliyyəti, prinsipial rəhbərliyi və təhsilə sədaqəti ilə seçilən Mehparə Müslüm qızı Zeynalovanın 60 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak etdik.
Ömrünü təhsilə həsr edən, pedaqoji peşəkarlığı və nümunəvi rəhbərliyi ilə kollektivin hörmətini qazanan Mehparə müəllimin Uzun illər ərzində gənc nəslin savadlı, vətənpərvər ruhda yetişməsində göstərdiyi əvəzsiz xidmətlər yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda Mehparə müəllim ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Mehparə müəllimə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq.





