Xəbərlər
Kəlbəcər rayon 106 nömrəli tam orta məktəbdə ittifaq üzvləri ilə görüş.
26/02/2026, 18:34

ETİHİ Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov Kəlbəcər rayon 106 nömrəli tam orta məktəbdə ittifaq üzvləri ilə geniş tərkibli görüş keçirmişdir.
Görüşün əsas məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, eləcə də ittifaq üzvlərinin sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermək olmuşdur.
Sonda ittifaq üzvlərinin təklif və müraciətləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.






