Xəbərlər
Kəlbəcər rayon 2 saylı körpələr evi–uşaq bağçasında yollayışlarla bağlı maarifləndirici görüş.

ETİHİ Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Kazımov Zahid tərəfindən Kəlbəcər rayon 2 saylı Körpələr evi və uşaq bağçasında həmkarlar ittifaqı üzvləri ilə yollayışların verilməsi mexanizmi və E-AHİK elektron platformasında tətbiq olunan yeniliklər mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd yollayışların verilməsi prosesində mövcud qanunvericiliyin tələblərinin izah edilməsi, bu sahədə şəffaflığın təmin olunması, eləcə də E-AHİK platformasının funksional imkanları barədə iştirakçıların məlumatlandırılması olmuşdur. Görüş zamanı E-AHİK platformasında tətbiq olunan yeniliklər, elektron müraciət mexanizmi, yollayışların onlayn qaydada əldə edilməsi, prosesin şəffaf və obyektiv aparılması prinsipləri ətraflı şəkildə izah edilmişdir. Sonda ittifaq üzvlərinin təklif və müraciətləri dinlənilmiş, onları maraqlandıran suallar cavanlandırılmışdır.







