“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kəlbəcər rayon 36 nömrəli tam orta məktəbində maarifləndirici görüş.

18/02/2026, 19:59
xeber1

ETİHİ Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov Kəlbəcər rayon 36 nömrəli tam orta məktəbdə ittifaq üzvləri ilə görüş keçirmişdir.


Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur. Görüş zamanı həmkarlar ittifaqının fəaliyyət istiqamətləri, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək münasibətlərinin tənzimlənməsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması kimi vacib məsələlər geniş müzakirə edilmişdir.


Sonda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilmiş, üzvləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: