“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kəlbəcər rayon 85 nömrəli tam orta məktəbin direktorunun 60 illik yubileyi qeyd olunub.

17/04/2026, 15:36
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon komitəsinin rəhbərliyi Kəlbəcər rayon 85 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Yazıçılar birliyinin üzvü, Azərbaycan jurnalistlər birliyinin üzvü, bir neçə şeir kitbalarının müəllifi şair Verdiyev Xəqani Həbib oğlunun 60 illiyi münasibətilə görüş keçirmişdir. 

 Görüş zamanı uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş Xəqani müəllimə səmimi təbriklər çatdırılıb, onun pedaqoji fəaliyyətinin gənc nəslin yetişdirilməsində mühüm rolu xüsusi vurğulanıb. Sonda yubley münasibətilə Verdiyev Xəqani Həbib oğluna hədiyyə və Fəxri Fərman təqdim olunub. Ona uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.


Həmçinin görüş zamanı Kəlbəcər rayon 85 nömrəli məktəbin bir neçə müəllimi təhsildə səmərli fəaliyyətlərinə görə ETİHİ Kəlbəcər Rayon Komitəsi rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: