Xəbərlər
Kəlbəcər rayon 87 nömrəli tam orta məktəbində maarifləndirici görüş.
09/02/2026, 15:22

ETİHİ Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov Kəlbəcər rayon 87 nömrəli tam orta məktəbdə ittifaq üzvləri ilə görüş keçirmişdir.
Görüşdə həmkarlar ittifaqının fəaliyyəti, görülən işlər və üzvlərin hüquq və maraqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunmuşdur.
Eyni zamanda ittifaq üzvlərinin müraciət və təklifləri dinlənilmiş, qaldırılan məsələlər ətrafında müzakirələr aparılmış və verilən suallar ətraflı şəkildə cavablandırılmışdır.






