“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kəlbəcər rayon Anar Əliyev adın 2 nömrəli tam orta məktəbin kimya müəlliminin 60 illiyi qeyd olunub.

26/05/2026, 16:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov tərəfindən Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində, həmin məktəbdə hal-hazırda kimya müəllimi işləyən Məcnunov Aydın Tapdıq oğlunun 60 illik yubileyi münasibətilə məktəb rəhbərliyi və pedaqoji kollektivlə birlikdə səmimi görüş keçirilmişdir. 

 Zahid müəllim öz çıxışında Aydın müəllimin təhsil sahəsində göstərdiyi xidmətlərdən, yetişdirdiyi yüzlərlə şagirddən və müəllim nüfuzundan bəhs edərək, onun uzun illər ərzində qazandığı hörmət və etimadın hər bir müəllim üçün nümunə olduğunu vurğulamışdır. Xatırladaq ki, Aydın müəllim uzun illər Kəlbəcər Rayon Təhsil Sektorunda metodist kimi də fəaliyyət göstərmişdir. Görüş zamanı məktəbin direktoru Nazim müəllim və müəllim kollektivi Aydın müəllimin şagirdlərin bilik və tərbiyəsində xüsusi xidmətləri olduğunu qeyd edərək, onun müəllim adına layiqli fəaliyyətindən bəhs etmişlər. Ona gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı və uzun ömür arzulanmışdır.


Sonda yubiley münasibətilə Məcnunov Aydın Tapdıq oğluna qiymətli hədiyyə və Fəxri Fərman təqdim olunub. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon komitəsi olaraq, peşəsinə sevgisi, müəllim adına sədaqəti və insanlığı ilə hər zaman seçilən Aydın müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, həyatının bundan sonrakı mərhələsində yeni nailiyyətlər arzulayırıq. 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: