“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kəlbəcər Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib.

15/10/2026, 20:00
xeber1

15 oktyabr tarixində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş geniş tərkibli müşavirə keçirilib.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının müavini Fərqanə Əhmədova, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, “Azərbaycanın Milli Qəhrəmanı” Hökumə Əliyevanın atası Cəlil Alıyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri,rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də digər məsul şəxslər iştirak ediblər. 


Müşavirədə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Azər Qocayev Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, cənab Prezidentin çıxışı həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edir, eyni zamanda milli təhlükəsizlik və inkişaf doktrinasının başlıca konturlarını və qarşıda duran əsas vəzifələri müəyyənləşdirib. 


Daha sonra çıxış edən ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova ölkənin uzunmüddətli inkişafını təmin edən strateji prioritetlərin, dövlət suverenliyinin və müstəqilliyinin daha da gücləndirilməsinin, milli mənafelərin etibarlı şəkildə qorunmasının, iqtisadi inkişafın davamlılığının təmin olunmasının və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının xüsusi önəm daşıdığını qeyd edib. O, həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurların davamlılığının təmin edilməsi, müəyyənləşdirilmiş inkişaf istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin vaxtında və məqsədyönlü şəkildə icrası, eləcə də dəyişən dövrün tələblərinə uyğun çevik fəaliyyətin qurulması dövlət və ictimai qurumların üzərinə mühüm vəzifələr qoyur.

Tədbir zamanı səsləndirilən fikirlərdə Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna, dövlətlə xalq arasında mövcud olan həmrəyliyin qorunmasına, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin gücləndirilməsinə xüsusi yer ayrılıb. Eyni zamanda, Vətən müharibəsində qazanılmış Zəfərin milli tariximizdəki müstəsna yeri vurğulanıb, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərə bağlı, Vətənə sədaqət və yüksək vətənpərvərlik ruhunda yet

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: