“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kəlbəcər rayonunda İftar süfrəsi təşkil olunub.

20/03/2026, 18:45
xeber1

0 Mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin təşkilatçılığı ilə Kəlbəcər Rayon Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları, ittifaq üzvü olan şəhid ailələri, qazilər, müharibə veteranları, Kəlbəcər rayon mühasibatlığında çalışan əməkdaşlar və rayonun təhsil müəssisələrində çalışan işçilərin iştirakı ilə İftar süfrəsi təşkil olunub. 

  İlk öncə Ümumilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiram hissi ilə yad edilib.

Tədbiri giriş sözü ilə açan ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova İftar süfrəsinin bərəkətini birlikdə paylaşan bütün iştirakçıları salamlayaraq, onları Ramazan bayramı və Novruz bayramı münasibətilə təbrik edib. Müqəddəs Ramazan ayının insanları bir araya gətirən, mərhəmət, şəfqət və paylaşmaq kimi ali dəyərləri təbliğ edən müstəsna bir zaman olduğunu qeyd edib. O, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğının hər zaman dövlətimizin və cəmiyyətimizin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, belə mənəvi görüşlərin birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiram hissi ilə yad edilib. 

 Tədbirdə iştirak edən ittifaq üzvləri öz çıxışlarında təşkil olunan İftar süfrəsinin mahiyyətini vurğulayaraq belə mərasimlərin insanlar arasında birlik, bərabərlik, xeyirxahlıq, mərhəmət hissi kimi müsbət keyfiyyətlərin formalaşmasına xidmət etdiyini bildirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını çatdırıblar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: