“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kiçik sürpriz,böyük sevinc

13/01/2026, 16:41
xeber1

Bu gün Göyçay şəhər Məhəmməd Füzuli adına 6 saylı tam orta ümumtəhsil məktəbinin direktoru, dəyərli pedaqoq Mehdiyeva Yeganə xanımın doğum günüdür!


Bu əlamətdar gün münasibətilə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Səmədova Kəmalə tərəfindən təşkil olunan xoş və gözlənilməz sürpriz Yeganə müəllim üçün əsl sevincə çevrildi. Qəfil edilən təbrik onu duyğulandırdı, üzündə səmimi bir təbəssüm yaratdı və bütün məktəb kollektivinə müsbət enerji bəxş etdi Bu diqqət və qayğı bir daha göstərdi ki, müəllim əməyinə verilən dəyər təkcə sözlə deyil, belə gözəl jestlərlə də ifadə olunur. Məktəbdə yaranan isti və mehriban ab-hava bu günün nə qədər xüsusi olduğunu hər kəsə hiss etdirdi.


Yeganə xanım uzun illərdir təhsilə, şagirdlərin inkişafına və məktəbin uğurlarına öz zəhməti ilə töhfə verir. Onun rəhbərliyi altında məktəbdə nizam-intizam, qarşılıqlı hörmət və sağlam təhsil mühiti formalaşıb. Bu da onun bir rəhbər və müəllim kimi necə dəyərli olduğunu sübut edir.


Bu gözəl gündə Yeganə xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, işində yeni-yeni nailiyyətlər və şagirdlərinin sevgisi ilə dolu uzun ömür arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: