Xəbərlər
Kiçik ürəklərdə böyük Vətən sevgisi
05/11/2026, 16:10

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 22 nömrəli körpələr evi uşaq bağçasında"Kiçik ürəklərdə böyük Vətən sevgisi" mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində balacalar Vətənə, Azərbaycan xalqının qəhrəmanlığına və tarixi Zəfərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib, hazırladıqları bədii kompozisiyalarla çıxış ediblər. Uşaqların ifasında səslənən şeirlər və nümayiş etdirdikləri vətənpərvərlik ruhlu çıxışlar tədbirə xüsusi rəng qatıb.







