Xəbərlər
Kimya-biologiya fakültəsində Universitet Elmi Şurasına namizədlərin seçkisi və Həmkarlar İttifaqı Komitəsinin maarifləndirici görüşü keçirildi.

Kimya-biologiya fakültəsində keçirilən iclasın əsas məqamı fakültə üzrə Universitet Elmi Şurasına nümayəndələrin seçkisi prosesi idi. HİK-nin nəzarəti altında səsvermə prosesi şəffaflıq və ədalət prinsiplərinə əsaslanaraq təşkil olundu. Səsvermə başa çatdırıldı, nəticələr məlum oldu və əməkdaşlara təqdim edildi.
Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev fakültə əməkdaşları ilə əmək münasibətləri, işçilərin hüquq və vəzifələri, eləcə də qanunveicilikdəki son yeniliklər ətrafında geniş müzakirələr apardı. Görüşdə Koolektiv müqavilənin əsas müddəları diqqət mərkəzində oldu, əməkdaşlar bu barədə məlumatlandırıldı. İl boyu əməkdaşların rahat formada qeydiyyatdan keçərək sanator-kurort mərkəzlərində istirahət etməsi və müalicə alması barədə maarifləndirici məlumat verildi. Fakültədə sağlam iş mühitinin formalaşdırılması istiqamətində işlər görülməsi tövsiyyə olundu.
Elmin iki mühüm sahəsini birləşdirən bu fakültədə keçirilən görüş həm hüquqi maarifləndirmənin güclənməsinə, həm də kollektivin qərarvermə prosesində fəal iştirakına töhfə verdi.





