Xəbərlər
Kimya elmləri doktoru Əli Zalov Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif olundu.
01/06/2026, 14:56

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Analitik və üzvi kimya kafedrasının professoru, kimya elmləri doktoru Əli Zal oğlu Zalov
ali təhsilin inkişafında uzunillik səmərəli elmi-pedaqoji fəaliyyəti, gənc nəslin yetişdirilməsində əvəzsiz xidmətləri, yüksək mənəvi keyfiyyətləri, universitetin ictimai həyatında fəal iştirakı və 60 illik yubileyi münaibəti ilə Fəxri Fərmanla təltif edilib.
Əli müəllimi bu əlamətdar yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və fəaliyyətində uğurlar arzulayırıq.




