Xəbərlər
Kimya olimpiadasında liseyimizin növbəti uğuru
11/03/2026, 16:57

Göyçay şəhəri 5 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyinin XI sinif şagirdi Quliyev Cavid Elşad oğlu Respublika Fənn Olimpiadasının kimya fənni üzrə yarımfinal mərhələsində uğurla çıxış edərək final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Şagirdimizin əldə etdiyi bu uğur onun zəhmətinin, biliyinin və müəllim dəstəyinin nəticəsidir. Bu münasibətlə şagirdimizi və onun müəllimi Sevda Nuhovanı ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
İnanırıq ki, Cavid final mərhələsində də yüksək nəticə göstərərək liseyimizi və rayonumuzu layiqincə təmsil edəcək. Ona final mərhələsində uğurlar arzulayırıq!



