Xəbərlər
Kimya Texnologiya Fakültəsində I kurs tələbələri ilə tanışlıq görüşləri yekunlaşdı!
15/04/2026, 02:30

Kimya Texnologiya Fakültəsində I kurs tələbələri ilə tanışlıq görüşləri yekunlaşdı!
Bu görüşlərdə tələbələrə THİK haqqında geniş məlumat verildi, fakültəmizdə həyata keçiriləcək yeni layihələrdən və imkanlardan danışıldı.
Görüşlər zamanı tələbələrin maraqlandığı suallar cavablandırıldı, onların fakültə həyatına daha rahat uyğunlaşmaları üçün tövsiyələr verildi.
KTF THİK-in sədri Eşqin Məlikov tələbələrlə görüşərək, onları həmkarlar təşkilatının fəaliyyəti ilə yaxından tanış etdi və gəncləri fəal olmağa dəvət etdi.
Bu cür görüşlər tələbələr üçün həm məlumatlandırıcı, həm də motivasiyaedici oldu.











