“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kimya və biologiya fakültəsinin əməkdaşları üçün Şamaxı rayonuna ekskursiya təşkil olundu.

16/06/2026, 10:25
xeber1

ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Kimya-biologiya fakültəsinin əməkdaşları üçün Şamaxı rayonuna asudə vaxtın səmərəli təşkili məqsədilə ekskursiya təşkil edilib. Tədbir iştirakçılarının nəqliyyat təminatı HİK tərəfindən qarşılanıb.

      Ekskursiya çərçivəsində əməkdaşlar Şamaxının təbiəti və görməli məkanları ilə tanış olub, rəsədxanaya səfər edərək maraqlı məlumatlar əldə ediblər. Həmçinin açıq havada təşkil olunan barbekyu proqramı iştirakçıların xoş və yaddaqalan vaxt keçirməsinə şərait yaradıb.

       Bu cür tədbirlər kollektiv üzvləri arasında həmrəyliyin, qarşılıqlı ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, asudə vaxtın səmərəli təşkilinə mühüm töhfə verir.

      ADPU-nun Həmkarlar İttifaqı Komitəsi gələcəkdə də əməkdaşların sosial rifahına və asudə vaxtının səmərəli təşkilinə yönəlmiş layihələri davam etdirəcəkdir.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: