Xəbərlər
İkinci təhsil alan tələbə direktorlar
05/07/2026, 22:13

Öyrənmək heç vaxt bitmir. Hər yeni mərhələ insanı arzularına bir addım da yaxınlaşdırır.
Daha bir tədris ili uğurla başa çatdı. İkinci ali təhsilin II kursunu yüksək nəticələrlə başa vuran tələbə direktorlar – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Pünhanə Kamalzadə və Vüsalə Əliyeva bu uğurları ilə daim inkişafın və öyrənməyin ən gözəl nümunəsini nümayiş etdirirlər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından onları təbrik edir, təhsil və əmək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!










