“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kirən kəndinə istirahət səfəri

04/07/2026, 09:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatçılığı ilə Ağstafa rayon Göycəli kənd tam orta məktəbinin kollektivi Tovuz rayonunun füsunkar təbiəti ilə seçilən Kirən kəndinə istirahət səfəri etmişdir.

Kollektiv onlara yaradılan yüksək şəraitdən məmnun qaldıqlarını bildirərək vurğulamışdır ki, ilboyu böyük məsuliyyət və fədakarlıqla çalışan müəllimlərin yay istirahəti günlərində belə gözəl guşələrdə dincəlmələrinə həqiqətən böyük ehtiyac var. Bu cür istirahət proqramları onların mənəvi rahatlığına, yeni tədris ilinə daha yüksək ruh və enerji ilə başlamalarına müsbət təsir göstərir.Göycəli kənd tam orta məktəbinin kollektivi müəllimlərə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə etmiş, bu cür sosial layihələrin və istirahət səfərlərinin gələcəkdə də davam etdirilməsini arzuladıqlarını qeyd etdilər

Gallery Image

Sosial şəbəkələrdə paylaş: