“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kişi təhsil işçiləri arasında basketbol yarışı yekunlaşıb

17/04/2026, 10:06
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri rayon komitələri üzrə təhsil işçiləri arasında, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kişilər arasında basketbol yarışı yekunlaşıb.


Bakı şəhərinin səkkiz rayon komitəsini – Səbail, Yasamal, Nərimanov, Sabunçu, Suraxanı, Xəzər, Nizami və Qaradağ təmsil edən komandaların iştirakı ilə keçirilən yarış gərgin mübarizə ilə yadda qalıb.


Yarışların idarə olunması 269 nömrəli tam orta məktəbin müəllimi, baş hakim Azər Ələkbərov tərəfindən həyata keçirilib.


Yarış iki qrup üzrə, hər qrupda dörd komanda olmaqla təşkil edilib. Komandalar oyunlar boyunca yüksək əzmkarlıq və güclü komanda ruhu nümayiş etdiriblər.


Yekun nəticələrə əsasən, Səbail rayonu birinci, Yasamal rayonu ikinci, Xəzər rayonu isə üçüncü yeri qazanıb.


Bu cür idman yarışlarının təşkili kollektiv ruhun möhkəmləndirilməsi, həmkarlar arasında həmrəyliyin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm rol oynayır.


Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb, iştirak edən bütün komandalara təşəkkür bildirilərək onlara növbəti yarışlarda yeni nailiyyətlər arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: