“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kişilər arasında Dama yarışı

18/03/2026, 17:32
xeber1

17 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbdə təhsil işçiləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kişilər arasında Dama yarışı təşkil olundu. Yarışdan öncə Dövlət Himni səsləndi, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra yarışa start verildi. Yarışda 23 komanda iştirak etdi. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər aşağıdakı kimi müəyyən olundu.

I yer-305 nömrəli tam orta məktəbin tarix müəllimi Mustafayev Zaur Tofiq oğlu

II yer-10 nömrəli internat məktəbin texniki işçisi Hacıyev Nadir Yusif oğlu

III yer 310 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədov Rafiq Zülfüqar oğlu tutdular. Qalibləri təbrik edir növbəti mərhələdə üğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: