“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kişilər arasında Şahmat Yarışı

18/03/2026, 17:54
xeber1

18 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbdə təhsil işçiləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kişilər arasında Şahmat yarışı təşkil olundu. Yarışdan öncə Dövlət Himni səsləndi, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra yarışa start verildi. Yarışda 22 komanda iştirak etdi. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər aşağıdakı kimi müəyyən olundu.

I yer-310 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədov Rafiq Zülfüqar oğlu

II yer-311 nömrəli tam orta məktəbin tarix müəllimi Bayramov Emil Şəadət oğlu

III yer 68 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hərbi rəhbəri Bayramov Səfixan Cəfər oğlu tutdular. Qalibləri təbrik edir növbəti mərhələdə üğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: