Xəbərlər
Kitab Klubunun aktiv üzvləri Dövlət Bayrağı Muzeyinə maraqlı və maarifləndirici ekskursiya ediblər.

Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin Kitab Klubunun aktiv üzvləri Dövlət Bayrağı Muzeyinə maraqlı və maarifləndirici ekskursiya ediblər.
✅Ekskursiya zamanı tələbələr Azərbaycan bayrağının yaranma tarixi, onun rəmzi mənası, həmçinin dövlət atributlarımızın formalaşmasında mühüm rol oynamış hadisələr haqqında ətraflı məlumat alıblar. Muzeydə nümayiş olunan nadir eksponatlar, tarixi sənədlər və bayrağımızın müxtəlif dövrlərdəki nümunələri tələbələrdə dərin təəssürat yaradıb.
✅Sonda tələbələr belə tədbirlərin milli dəyərlərimizin qorunması və gənclərdə vətənpərvərlik ruhunun daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.







