“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Kitabların Sehrinə Dəyən Əllərə Minnətdarlıq

28/11/2025, 14:11
xeber1

Noyabr – Kitabxana Ayı münasibətilə Göyçayda xüsusi bir gün yaşandı. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay RK-nın sədri Kəmalə Səmədova kitabxana işində fərqlənən bir neçə əməkdaşla görüşərək onların zəhmətini yüksək qiymətləndirib.


Kitabxanaçılar cəmiyyətin ən səssiz, amma ən təsirli maarifçiləridir. Kitabları yalnız rəflərdə düzən adamlardan daha çox – gənclərin dünyagörüşünü formalaşdıran, oxu vərdişini yaşadan, dəyərlərimizi qoruyan şəxslərdir.

Görüş zamanı öz işində nümunə olan əməkdaşlara gül dəstələri, Fəxri Fərmanlar və müxtəlif hədiyyələr təqdim edilib. Bu təşəbbüs, kitabxana sahəsində çalışanların əzm və sədaqətinə verilən yüksək dəyərin bariz göstəricisidir.

Göyçay ETİHİ olaraq maarifçilik ənənələrinin gücləndirilməsi, kitab mədəniyyətinin inkişafı və sənaye kimi səssiz görünən, amma təhsilin təməlini təşkil edən sahələrə dəstək daim əsas fəaliyyət istiqamətimizdədir

.

Bu ayı yalnız kitabları yox, kitabın arxasındakı zəhməti də yad etməklə qeyd etdik. Onların hər birinə bir daha təşəkkür edirik — çünki kitabın işığı onların əməyindən doğur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: